Ana səhifə / Xidmətlər / Enerji auditi
Xidmətlər · BakıEnerji auditi
Enerji auditi binanın və ya müəssisənin enerji istehlakını ölçür, itkiləri tapır və qənaət tədbirlərini özünü ödəmə müddəti ilə hesablayır. “Enerji Test Servis” MMC-nin binalarda (qurğularda) enerji auditi üzrə attestatı var.

Nə vaxt lazımdır
- Enerji xərcləri artdıqda
- Bina və ya müəssisənin modernizasiyasından əvvəl
- Enerji effektivliyi pasportuna hazırlıq zamanı
- İnvestor və ya bank üçün enerji qiymətləndirməsi
- Avadanlığın səmərəliliyini yoxlamaq üçün
Texniki məlumat
- Sənəd
- binalarda enerji auditi üzrə attestat
- Ölçülür
- enerji istehlakı (kWh), itkilər
- Nəticə
- audit hesabatı, qənaət tədbirləri
- Əlaqəli
- enerji effektivliyi pasportuna hazırlıq
- Qeyd
- Pasportu lisenziyalı tərtibatçı verir; biz audit aparırıq
Enerji auditi
Məlumat
Obyekt haqqında ilkin məlumat və son dövrün enerji hesabları toplanır.
Ölçmələr
Elektrik və istilik istehlakı, itki nöqtələri, avadanlığın iş rejimi ölçülür.
Təhlil
Qənaət tədbirləri, onların dəyəri və özünü ödəmə müddəti hesablanır.
Hesabat
Audit hesabatı təqdim olunur.
Tez-tez verilən suallar
Enerji auditi nə verir?
Enerjinin harada itdiyini və bunu hansı xərclə, neçə müddətə azaltmağın mümkün olduğunu göstərir.
Enerji effektivliyi pasportu verirsinizmi?
Xeyr. Pasportu EEİS-ə çıxışı olan lisenziyalı tərtibatçı verir; audit nəticələrimiz hazırlıqda kömək edir.
Audit üçün hansı məlumat lazımdır?
Obyekt haqqında ilkin məlumat və son dövrün enerji hesabları.
Attestatınız varmı?
Bəli, binalarda (qurğularda) enerji auditinin keçirilməsi üzrə attestatımız var.

Ölçmə sifariş edin
Obyekt haqqında yazın: mütəxəssisimiz iş həcmini və qiyməti razılaşdıracaq.