Sınaq sifariş et →

Ana səhifə / Xidmətlər / İzolyasiya ölçmələri

Xidmətlər · Bakı

İzolyasiya müqavimətinin ölçülməsi

İzolyasiya müqavimətinin ölçülməsi kabel və naqillərin izolyasiyasının qısaqapanma, cərəyan sızması və yanğın riskinə qarşı vəziyyətini göstərir. Ölçməni akkreditə olunmuş laboratoriya kimi aparır, nəticəni protokolla təqdim edirik.

İzolyasiya müqavimətinin ölçülməsi — Enerji Test Servis, Bakı

Nə vaxt lazımdır

  • Yeni elektrik xəttinin işə salınmasından əvvəl
  • Köhnə naqil və kabellərin vəziyyətini qiymətləndirmək üçün
  • Təmir və yenidənqurmadan sonra
  • Avtomat tez-tez açılanda və ya cərəyan sızması şübhəsi olanda
  • Obyektin təhvil-qəbulu və dövri yoxlamalar üçün

Texniki məlumat

Metod
ГОСТ 3345-76
Ölçülür
izolyasiya müqaviməti (MΩ)
Obyektlər
kabellər, naqillər, xətlər 1 kV-a qədər
Nəticə
rəsmi ölçmə protokolu
Akkreditasiya
AZS ISO/IEC 17025:2020, AZS ISO/IEC 17020:2021
Necə aparırıq

İzolyasiya müqavimətinin ölçülməsi

01

Hazırlıq

Ölçüləcək dövrələr müəyyən edilir və təhlükəsiz şəkildə ayrılır.

02

Ölçmə

Megommetrlə hər faza və faza–sıfır, faza–torpaq arasında müqavimət ölçülür.

03

Qiymətləndirmə

Nəticə normativ dəyərlərlə müqayisə edilir.

04

Protokol

Hər dövrə üzrə nəticələr imzalı protokola yazılır.

FAQ

Tez-tez verilən suallar

İzolyasiya müqaviməti niyə ölçülür?

Zədələnmiş izolyasiya qısaqapanma, həddindən artıq qızma və yanğın yarada bilər; ölçmə bunu əvvəlcədən aşkarlayır.

Ölçmə nə qədər çəkir?

Obyektin həcmindən və dövrələrin sayından asılıdır; dəqiq müddəti sorğudan sonra deyirik.

Hansı sənəd verilir?

Akkreditə olunmuş laboratoriyanın imzalı protokolu.

Yüksək gərginlikli kabelləri də sınayırsınızmı?

Bəli, kabellərin izolyasiyasını yüksək gərginliklə sınaqdan keçiririk (ГОСТ 34834-2022).

İzolyasiya ölçmələri — Enerji Test Servis

Ölçmə sifariş edin

Obyekt haqqında yazın: mütəxəssisimiz iş həcmini və qiyməti razılaşdıracaq.